Qazi COVID-dən öldü, anası da dözməyib vəfat etdi

Qazi COVID-dən öldü, anası da dözməyib vəfat etdi Sosial
Vətən müharibəsi qazisi Zamir Osmanov dünyasını dəyişib.

News24.az xəbər verir ki, o, Bakıda yerləşdirildiyi xəstəxanada vəfat edib. Oğlunun ölüm xəbərini eşidən anası, 1965-ci il təvəllüdlü Esma Çiliyeva da qəfil ürəktutmadan həyatını itirib.

Əldə etdiyimiz ilkin məlumata görə, Z.Osmanov koronavirusa yoluxandan sonra ölüb. Bununla bağlı TƏBİB-ə də sorğu ünvanlamışıq.
Qeyd edək ki, Z.Osmanov Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 2021-ci ildə YAŞAT Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib, 1 il 4 ay müalicə alıb.

Xəbəri ilk olaraq Lent.az saytı yayıb./ qafqazinfo/