Qəza nəticəsində mindən çox ev susuz qalıb
Sosial
Primorsk diyarının Kneviçi kəndində bu gün səhər saatlarında su təchizatı kəsilib.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə diyar prokurorluğu məlumat yayıb. Məlumata görə, “Şaxtyor” SNT ərazisində əhalinin kommunal ehtiyaclarını təmin edən su kəməri sıradan çıxıb. 25 çoxmənzilli bina və 1 mindən çox fərdi təsərrüfat susuz qaldığı bildirilir.
Hazırda hadisə yerində təmir işləri aparılır və Primorski Su Kanalı Dövlət Unitar Müəssisəsinin təcili briqadası cəlb olunub.
Qeyd edək ki, hadisə ilə bağlı Rusiyanın Artyom şəhər prokurorluğu araşdırmalara başlayıb.
Ağa Dadaşzadə