Qoşulub qaçan gənclərlə bağlı rəsmi açıqlama – VİDEO
Sosial
Ağcabədi rayon sakini mayın 25-də RPŞ-yə müraciət edərək 20 yaşlı bacısı qızının qaçırılması barədə məlumat verib.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, müraciətlə bağlı izahatlar alınıb, şəxslərin yerinin müəyyən edilməsi üçün tədbirlər görülür. Bu barədə ailə məlumatlandırılıb. Araşdırmanın tam və hərtərəfli aparılmasında məqsəd əməldə hüquqazidd hərəkətlərin olub-olmamasının yoxlanılmasıdır.
Qeyd edək ki, bir müddət öncə qoşulub qaçan gənclər müraciət videosu yayaraq, təhlükədə olduqlarını bildiriblər. (axar.az)