"Rayondan gələnlərdən pul alınması xəbəri həqiqəti əks etdirmir" - -Kamran Əliyev

"Rayondan gələnlərdən pul alınması xəbəri həqiqəti əks etdirmir" - -Kamran Əliyev Sosial
“Rayondan gələn avtomobillərdən kiminsə pul alıb şəhərə buraxılması ilə bağlı bizə məlumat daxil olmayıb”. 

Bunu News24.az-a açıqlamaında Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükısizliyi və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, bununla bağlı ciddi tədbirlər görülür:  “Bu gün bir qadın facebookda görüntü yayıb. Deyib ki, yük maşınlarından pul alıb buraxırlar. Xəbəri yoxdur ki, yük maşınlarının girişinə heç bir məhdudiyyət yoxdur. Öz aləmində fikirləşir ki, yük maşınlarını buraxırlar, bunları buraxmırlarsa, deməli pul alırlar. 

Amma başqa nə fakt olsa, araşdırıb ona uyğun hərəkət edirik. Həqiqətən elə bir fakt varsa, vətəndaşlar görüntüləri bizə  göndərsinlər, araşdıraq. Belə bir hala yol verən əməkdaş bu orqanda qalmayacaq. Amma belə bir faktın olduğuna inanmıram".

Qeyd edək ki, rayondan Bakıya gələn avtomobillərdən pul alınaraq şəhərə buraxılması ilə bağlı məlumatlar yayılıb. 

Afaq Mirayiq