Rus qoşunları Odessaya zərbə endirdi
Sosial
Rusiya qoşunları Odessa vilayətinin Belqorod-Dnestr rayonuna qanadlı raketlə hücum edib, bir nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyasının sədri Oleq Kiper məlumat yayıb.
“Gün ərzində rus terr*orçular qanadlı raketlə Belqorod-Dnestr bölgəsinə hücum ediblər. Düşmənin atəşə tutması nəticəsində aqroşirkətin inzibati binasına ziyan dəyib, bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib”, - deyə o bildirib.