Şəhid mayorun atası dünyasını dəyişdi - FOTO
Sosial
Şəhid mayor Emil Mayılovun atası vəfat edib.
"Unikal"ın məlumatına görə, şəhid atası Şahid Mayılov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Qeyd edək ki, mayor Emil Mayılov 2021-ci il 30 noyabr tarixində Mi-17 hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub.