Şəhid qızından KƏDƏRLİ PAYLAŞIM: - “Cənnətdəki dostlarına de ki...” – FOTO

Şəhid qızından KƏDƏRLİ PAYLAŞIM: - “Cənnətdəki dostlarına de ki...” – FOTO Sosial

“35 ildir Allahın dərgahındasan”.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri Qanlı Yanvar şəhidi Aslan Ağaverdiyevin qızı, aktrisa Məsmə Aslanqızı paylaşımında yazıb.

O, atası şəhidlik zirvəsinə ucalanda 12 yaşı olduğunu bildirib:

“Əziz atam, bilirəm ki, ruhun daim bizimlədir. Sevincimizin də, kədərimizin də daim şahidisən. Bilirəm ki, ruhun bizə duaçıdır. 35 ildir bunu bütün varlığımla hiss edirəm. Cənnətdəki dostlarına de ki, narahat ruhları sakitləşsin. Biz sizi unutmarıq. Hər kəs layiqli cavabını alacaq. Bunu sənə və bütün 20 yanvar şəhidlərinə söz verirəm. Allah sizə rəhmət eləsin”.

Fotonu təqdim edirik:


Şəhid qızından KƏDƏRLİ PAYLAŞIM: - “Cənnətdəki dostlarına de ki...” – FOTO