Şiravanda zəhərlənən üç uşaqdan - XƏBƏR VAR

Şiravanda zəhərlənən üç uşaqdan - XƏBƏR VAR Sosial
Şirvan şəhəri, Tağıyev küçəsi ev 5 ünvanından 3 azyaşlı uşaq zəhərlənmə ehtimalı ilə Şirvan mərkəzi xəstəxanasına müraciət ediblər.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, xəstələrə tibbi yardım göstərilib. Vəziyyətləri yaxşılaşıb və evə buraxılıblar.

Qeyd edək ki, həmin ünvanda yaşayan 5 yaşlı Fidan Məlikova, onun qardaşı, 4 yaşlı Ramal Məlikov və onların qonşusu, 7 yaşlı Xanlar Babayev binanın həyətinə qoyulmuş ziyanvericilərə qarşı dərmandan yeyiblər. Uşaqların vəziyyəti qəfildən pisləşib və onlar dərhal xəstəxanaya yerləşdiriliblər.

Afaq Mirayiq