Soğanla sarımsaq koronavirusdan qorumur - -Baş infeksionist

Soğanla sarımsaq koronavirusdan qorumur - -Baş infeksionist Sosial
"Soğan və sarımsaq koronavirusdan qorumur”.

News24.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın üzvü, baş infeksionist Cəlal İsayev bu gün keçirilən brifinqində deyib. 

O bildirib ki, əsasən evdə hazırlanan, vitaminli qidalara üstünlük vermək lazımdır:

"Açıq havada olub, 8 saatlıq yuxu rejiminə riayət etməliyik. Soğanla sarımsaq koronavirusdan qorumur, bu, səhv məlumatdır. İnsanlar yarımfabrikatlardan istifadə etməkdən çəkinməlidir".