Son beş ildə əcnəbilərə 27 uşaq verilib

Son beş ildə əcnəbilərə 27 uşaq verilib Sosial
Son beş ildə Azərbaycanda əcnəbilərin övladlığa götürdüyü uşaqların sayı açıqlanıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin sektor müdiri Vəfa Ələkbərova   bildirib ki, 2014-2018-ci il üzrə 27 uşaq ölkələrarası övladlığa götürülüb.

Vəfa Ələkbərova qeyd edib ki, Komitəyə müraciət edən, övladlığa uşaq götürmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər müxtəlif ölkələrdəndir:

“Uşaqlar ABŞ, İngiltərə, Almaniya, Türkiyə, Gürcüstan və sairə ölkələrin vətəndaşları tərəfindən övladlığa götürülüb”.

// Oxu.az