Son sutkada 2187 vaksin vuruldu

Son sutkada 2187 vaksin vuruldu Sosial
Azərbaycanda son gündə koronavirus əleyhinə 2 187 vaksin vurulub.

Bu barədə News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 448, ikinci doza vaksinlərin sayı 106 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 361-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 272 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 805 231 təşkil edir.