Sosial şəbəkə istifadəçilərinə MÜHÜM ÇAĞIRIŞ

Sosial şəbəkə istifadəçilərinə MÜHÜM ÇAĞIRIŞ Sosial

“Bu gün süni intellekt alətləri geniş yayılıb və bu, özü ilə yanaşı bir sıra real təhlükələr də yaradır”.

Bu fikirləri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və tədqiqat sektorunun müdiri Esmira Qasımova bildirib.

O, sosial şəbəkələrdən istifadə zamanı daha diqqətli olmağın vacibliyini də vurğulayıb:

“Bu texnologiyalar artıq geniş istifadə olunur və onlardan yararlanarkən ehtiyatlı davranmaq vacibdir. Son dövrlərdə "deepfake" məzmunların sayı da artıb. İstifadəçilər bilməlidirlər ki, sosial şəbəkələrdə paylaşdıqları foto və videolar sonradan onların adından istifadə edilərək saxta kontentlərin hazırlanmasında istifadə oluna bilər”.