Sumqayıtda 25 min abonentin suyu kəsiləcək
Sosial
Sumqayıt şəhəində 25 min abonentin su təchizatında fasilə yaranacaq.
News24.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsindən məlumat verilib.
Qeyd olunub ki, şəhərdə magistral su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə təmir işlərinə başlanılıb.
Görülən işlərlə əlaqədar bu gün saat 10:30-dan etibarən, şəhərin bəzi ərazilərində, o cümlədən "Qızılqum" yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsində təqribən 25 min abonentin su təchizatında fasilə olacaq.
Suyun verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək. // Report