SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yolla getməyin

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yolla getməyin Sosial
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Mətbuat və Həsən bəy Zərdabi küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.