Tələbələr hansı rektorları özlərinə ən yaxın hesab edirlər? - ADLAR
Sosial
AzEdu Təhsil Portalı ali təhsil müəssisələrində tələbə-rəhbərlik münasibətlərini ön plana çıxarmaq məqsədilə yeni sorğuya start verir.
News24.az-ın məlumatına görə, “Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?” adlı sorğu universitet rəhbərlərinin tələbələrlə ünsiyyət, qayğı və dəstək səviyyəsini qiymətləndirməyə yönəlib.
Sorğunun məqsədi tələbələrin gündəlik təhsil həyatında qarşılaşdıqları məsələlərdə rəhbərliyin rolunu önə çıxarmaq, tələbəyönümlü idarəetmə nümunələrini müəyyənləşdirmək və bu sahədə müsbət təcrübələri təşviq etməkdir.
Bu təşəbbüs həm də ali təhsil müəssisələrində daha açıq və effektiv kommunikasiya mühitinin formalaşmasına töhfə verməyi hədəfləyir.
Sorğuda əsas iştirakçı qrupunu tələbələr təşkil etsə də, təhsil ictimaiyyətinin digər üzvləri - müəllimlər, məzunlar və adıçəkilən ali məktəblərin digər əməkdaşları da səsvermədə iştirak edə bilərlər.
Sorğuda iştirak etmək istəyən oxucular AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olub (kompüterdə sağ alt küncdə, mobil cihazlarda isə saytın aşağı hissəsində yerləşən sorğu panelində) müvafiq suala cavab verərək “Səs ver” düyməsini sıxa bilərlər. / Modern.az/
CAVABLAR
Bakı Dövlət Universiteti - Elçin Babayev
Azərbaycan Dövlət İqtisad Universiteti - Ədalət Muradov
Bakı Mühəndislik Universiteti - Yaqub Piriyev
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - Rüfət Əzizov
Bakı Ali Neft Məktəbi - Elmar Qasımov
Azərbaycan Tibb Universiteti - Gəray Gəraybəyli
ADA Universiteti - Hafiz Paşayev
Azərbaycan Memarlıq və İnşaat Universiteti - Gülçöhrə Məmmədova
Azərbaycan Dillər Universiteti - Kamal Abdulla
Azərbaycan Dövlət Pedaqoji Universiteti - Cəfər Cəfərov
Azərbaycan Texniki Universiteti - Vilayət Vəliyev
Azərbaycan Turizm və Menecment Universiteti - İlham Mədətov
Bakı Slavyan Universiteti - Anar Nağıyev
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - Ceyran Mahmudova
Sumqayıt Dövlət Universiteti - Əminağa Sadıqov
Azərbaycan İlahiyyat İnstitutu - Aqil Şirinov
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu - Elçin Məmmədov
Milli Müdafiə Universiteti - Gündüz Əbdülov
Qarabağ Universiteti - Şahin Bayramov
Mingəçevir Dövlət Universiteti - Anar Eminov
Azərbaycan Dövlət Aqrar Universiteti - Zəfər Qurbanov
Gəncə Dövlət Universiteti - Yusif Yusibov
Naxçıvan Dövlət Universiteti - Elbrus İsayev
Azərbaycan Texnologiya Universiteti - Yaşar Ömərov
Lənkəran Dövlət Universiteti - Natiq İbrahimov
Milli Aviasiya Akademiyası - Arif Paşayev
Bakı Xoreoqrafiya Akademiyası - Nailə Məmmədzadə
Daxili İşlər Nazirliyi Polis Akademiyası - Canpolad Daanov
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası - Elşad Nəsirov
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası - Rövşən İsmayılov
Fövqəladə Hallar Nazirliyinin Akademiyası - Baba Salayev
Dövlət Gömrük Komitəsinin Akademiyası - Qulu Novruzov
Azərbaycan İdman Akademiyası - Fuad Hacıyev
Dövlət Sərhəd Xidməti Akademiyası - Elçin Quliyev
Əmək və Sosial Münasibətlər Akademiyası - Fərid Babayev
Bakı Musiqi Akademiyası - Fərhad Bədəlbəyli
Azərbaycan Dövlət Dəniz Akademiyası - Eldar Qocayev
Dövlət İdarəçilik Akademiyası - Urxan Ələkbərov
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası - Natiq Əliyev
Azərbaycan Milli Konservatoriyası - Kamilə Dadaşzadə
Azərbaycan Universiteti - Səadət Əliyeva
Xəzər Universiteti - İradə Xəlilova
Bakı Biznes Universiteti - İbad Abbasov
Bakı Avrasiya Universiteti - Səyavuş Qasımov
Qərbi Kaspi Universiteti - Hüseyn Bağırov
Bakı Qızlar Universiteti - Sevinc Rəhimova
Azərbaycan Kooperasiya Universiteti - Eldar Quliyev
Odlar Yurdu Universiteti - Əhməd Vəliyev