Televizoru sürətləndirməyin sadə üsulu açıqlandı
Sosial
Keş yaddaşının təmizlənməsi televizorun işini sürətləndirməyə kömək edə bilər.
News24.az xəbər verir ki, zaman keçdikcə hətta ən müasir və bahalı televizorlar da yavaşlaya bilər.
Bunun ən geniş yayılmış səbəb keş yaddaşının dolmasıdır.
Keş — cihazların müvəqqəti faylları saxlamaq üçün istifadə etdiyi yaddaşdır.
Keş həm televizorun fəaliyyəti zamanı, həm də üçüncü tərəf tətbiqləri vasitəsilə dola bilər.
Yaddaşı ən çox yükləyən isə striminq – video izləmə servisləri və onlayn kinoteatr proqramlarıdır.
Onlar videoların fasiləsiz oynadılması üçün məlumatları müvəqqəti olaraq yaddaşa yükləyirlər.
Adətən keşin təmizlənməsi üçün televizorun ayarlarına daxil olmaq, yaddaş bölməsini seçmək və orada cihazın keşini təmizləmək lazımdır. Bundan əlavə, hər bir tətbiqin öz ayarları vasitəsilə də keş yaddaşını təmizləmək mümkündür.
Keş vacib məlumat hesab olunmadığı üçün onun silinməsi hesabdan çıxış etməyə və ya tətbiqlərin mühüm məlumatlarının itirilməsinə səbəb olmur. / MakeUseOf/