Türkiyədə zəlzələdə ölən daha bir nəfərin nəşi bu gün Bakıya gətiriləcək

Türkiyədə zəlzələdə ölən daha bir nəfərin nəşi bu gün Bakıya gətiriləcək Sosial
Türkiyədə zəlzələ nəticəsində həlak olan Lida Qocayevanın nəşi bu gün saat 12:50-də Bakı-Ankara reysi ilə Azərbaycana gətiriləcək.

Bu barədə News24.az -a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

Təyyarənin saat 16:20-də Bakıya eniş edəcəyi gözlənilir.

Qeyd edək ki, fevralın 16-sı gecə saatlarında Malatyada həlak olan tələbələrimizin də nəşi Azərbaycana gətirilib.