Uşaq evinin birincilərini məktəbə Qocalar evinin sakinləri apardı - Təsirli görüntülər

Uşaq evinin birincilərini məktəbə Qocalar evinin sakinləri apardı - Təsirli görüntülər Sosial

Uşaq evinin birinci sinfə gedən uşaqlarını məktəbə Ahıllar evinin sakinləri aparıb.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərindən 7 nəfər uşaq bu gün birinci sinfə gedib.

Birinci sinfə gedən uşaq evinin azyaşlı sakinlərini agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllar müşayiət edərək məktəbə aparıblar.

Ahıllar məktəbliləri ilk dərs günü münasibətilə təbrik edib, onlara gələcək məktəb həyatında uğurlar arzulayıblar.


Uşaq evinin birincilərini məktəbə Qocalar evinin sakinləri apardı - Təsirli görüntülər