Vüqar Hüseynov vəzifəsindən azad edildi, yerinə təyinat oldu – FOTO

Vüqar Hüseynov vəzifəsindən azad edildi, yerinə təyinat oldu – FOTO Sosial

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov vəzifəsindən azad edilib.

News24.az xəbər verir ki, bu barədə nazir Məcnun Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, şöbə rəisi Vüqar Hüseynov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Vüqar Hüseynov bu gün kollektivlə sağollaşıb. (Oxu.az)

**

Tanınmış jurnalist Ramin Qurban Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri təyin olunub.

News24.az xəbər verir ki, Ramin Gülağa oğlu Qurban Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr və Beynəlxalq jurnalistika ixtisası üzrə magistr təhsili alıb. 2004–2006-cı illərdə radio fəaliyyəti ilə məşğul olub. 2006–2021-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) “Xəbərlər” proqramında müxbir kimi rəsmi və siyasi xəbərləri işıqlandırıb, redaktor vəzifəsində çalışıb.

Daha sonra fəaliyyətini Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) fəaliyyətini şöbə müdiri kimi davam etdirib. Uzun illər ərzində dövlət əhəmiyyətli bir sıra yerli və beynəlxalq tədbirlərin mediada işıqlandırılmasında yaxından iştirak edib. (Konkret.az)

Vüqar Hüseynov vəzifəsindən azad edildi, yerinə təyinat oldu – FOTO