WhatsApp-da birdən çox hesab istifadə edənlərin - DİQQƏTİNƏ

WhatsApp-da birdən çox hesab istifadə edənlərin - DİQQƏTİNƏ Sosial

Son zamanlar ardıcıl olaraq bir çox yeni funksiyalar üzərində işləməyə başlayan WhatsApp platforması eyni anda birdən çox hesabdan istifadə edən insanlar üçün sevindirici yenilik təqdim edib. 

News24.az xəbər verir ki, bu yaxınlarda şirkət istifadəçilərin bütün mesajları eyni anda oxunmuş kimi qeyd edə biləcəyi yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Belə ki, tətbiqin 2.24.18.14 Beta versiyasında platforma mürəkkəbliyin qarşısını almaq üçün tezliklə kontaktların sinxronizasiya variantını təqdim etməyi planlaşdırır.

Eyni zamanda, “WhatsApp”a gələn bu maraqlı funksiya əlçatan olduqda, istifadəçilərə bir hesabda hansı kontaktların (nömrələrin) olacağını seçmək icazəsi veriləcək. Bu yolla tək smartfonda istifadə olunsa belə, iş hesabını (nömrəsi) şəxsi hesabdan ayırmaq mümkün olacaq.


Günel Məlikzadə

WhatsApp-da birdən çox hesab istifadə edənlərin - DİQQƏTİNƏ