Xaçmazda avtomobil piyadanı “havaya uçurdu” - VİDEO

Xaçmazda avtomobil piyadanı “havaya uçurdu” - VİDEO Sosial
Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə mayın 28-i, şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. 

Qəza zamanı 40-BS-246 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Yusifov Babək Yusif oğlunu vurub, daha sonra isə yol kənarında dayanan “Opel” markalı maşına çırpılıb. B.Yusifov xəstəxanaya yerləşdirilib.
Qəzanın görüntülərini təqdim edirik: