Xalq artisti müalicə üçün Moskvaya gedir

Xalq artisti müalicə üçün Moskvaya gedir Sosial

Xəbər verdiyimiz kimi Xalq artisti, rejissor Əbdül Mahmudov xeyli müddətdir ki, ev şəraitində müalicəsini davam etdirir.

News24.az xəbər verir ki, Xalq artisti el təbabəti ilə müalicə edildiyini bildirib:

“Artıq 5-6 seans qəbul etmişəm. Müsbət təsirlərini görürəm. Ayın sonuna qədər bu prodseduru bitirəcəyəm. İyunun əvvəlində isə müalicəmi Moskvada davam etdirəcəyəm. Moskvadakı xəstəxana ilə bütün razılaşmalar olub, texniki məsələlər həll edilib. İnşallah, gələn ayın əvvəli gedəcəyəm, görək nə olur...”

Əbdül Mahmudov xəstəlikləri barədə də danışıb:

“Əsas xəstəliyim qocalıqdır. Qocalmağımla əlaqəli hər şey qarışıb bir-birinə. Həyatım kimi xəstəliyim də fərqlidir. 4-5 xəstəlik aşkar olunub. Birinin müalicəsi o birinə zərər verir. Həkimlər sağ olsunlar, çalışırlar. Xəstəliyim bronxdur, prostatdır, mədə-bağırsaqdır...”

Xatırladaq ki, Xalq artisti Şeyx Əbdül Mahmudov bu ilin yanvarında səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilmişdi. (Bizim.media)