Xırdalanda ikimərtəbəli evdə yanğın olub

Xırdalanda ikimərtəbəli evdə yanğın olub Sosial
Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 450 m² olan ikimərtəbəli mansarda tipli evin mansardasının döşəməsi 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.