Yasamalda yaşayan 8 km. bazarına gedə bilməz

Yasamalda yaşayan 8 km. bazarına gedə bilməz Sosial

“Kimsə Yasamalda qalırsa bazarlıq etmək üçün 8 km. bazarına gedə bilməz, çünki bu qadağandır”.


News24.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.


Hökumət rəsmisi qeyd edib ki, əvvəli qadağalarda bəzi insanlar çaşqın qalır: “Onlar qarışdırırdı ki, nələrə icazə verilir, nələrə yox. Amma indiki halda belə çaşqınlıqlar olmayacaq. Məqsəd maksimum təcridi təmin etmək, həyati fəaliyyəti obyektlərin fəaliyyətini təmin etməkdir”.