Çəyirtkələr taxıl sahələrinə ciddi ziyan vurdu – FOTO
Sosial
Cəbrayıl rayonu ərazisində kənd təsərrüfatına ciddi təhlükə yaranıb.
News24.az xəbər verir ki, rayonun Göyərçin Veysəlli kəndi ətrafında yerləşən taxıl sahələrinə çəyirtkə sürüləri hücum edib.
Bildirilir ki, ərazidə çəyirtkələrin kütləvi şəkildə artması nəticəsində əkin sahələrinə ciddi ziyan dəyib. Zərərvericilər taxılın yarpaqlarını və sünbüllərini yeyərək, məhsuldarlığın azalmasına səbəb olur.
Kənd sakinlərinin sözlərinə görə, son günlər çəyirtkələrin sayı xeyli artıb və onların qarşısını almaq çətinləşib. Fermerlər məhsul itkisi ilə üzləşdiklərini bildirirlər. (Qafqazinfo)