"Yoluxmalar artsa, - siniflər bağlana bilər" - NAZİR
Sosial
Təhsil naziri Emin Əmrullayev koronavirusa yoluxma sayının artmasının yeni tədris ilinə təsirindən danışıb.
News24.az-ın xəbərinə görə, o, 2021-2022-ci tədris ilində dərslərin dayandırılmadığını xatırladıb.
“Hesab edirəm ki, oxşar model yeni tədris ili üçün əgər koronavirusa yoluxmada say artımı olsa, tətbiq edilə bilər. Təbii ki, bu məsələdə Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahln və aidiyyəti dövlət qurumlarının qərarlarına uyğun addım atır. Bugünkü artım sayları əvvəlki dövrlərlə nisbətdə aşağıdır. Payız mövsümündə yoluxma sayının artması məktəblərin bağlanması ehtimalı məncə az olacaq. Ola bilsin, bəzi siniflər distant tədrisə keçə bilər. Bu da həmin vaxtın göstəricilərindən asılıdır”, - nazir vurğulayıb.