Bir həftəlik matəm elan etdilər...

Bir həftəlik matəm elan etdilər... Sosial

Myanma İttifaqı Respublikası zəlzələdən sonra bir həftəlik milli matəm elan edib.

News24.az publika.az-a istinadla xəbər verir ki, bunu Myanmanın Dövlət İnzibati Şurasının sədri, baş nazir Min Aunq Hlainq deyib.

"İnsan tələfatı və dağıntılarla bağlı 31.03.2025-ci il tarixdən 06.04.2025-ci il tarixinədək 7 günlük ümummilli matəm günləri elan edilib. Bu günlərdə dövlət bayrağı yarıya qədər etdirilməlidir", - məlumatda deyilir.

Xatırladaq ki, cümə günü Myanmada 7,7 bal gücündə zəlzələ baş verib. Bunun ardınca 6,4 bal gücündə ikinci təkan olub. Yeraltı təkanlar 5 ölkədə - Tailand, Banqladeş, Hindistan, Laos və Çində də hiss olunub.