Naxçıvanda “ASAN xidmət” bu il açılacaq
    • 26-02-2023, 12:28
    • 237

Naxçıvanda “ASAN xidmət” bu il açılacaq

"Naxçıvanda “ASAN xidmət” mərkəzinin açılması ilə bağlı işlər davam edir".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, mərkəzlə bağlı son tamamlanma işləri gedir:

"Naxçıvan Nazirlər Kabineti bu istiqamətdə işlər aparır. Yəqin ki, bu il ərzində “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq". /Report/