Bu il Azərbaycanda yeni “ASAN xidmət” mərkəzləri açılacaq - SİYAHI
    • 25-01-2020, 12:26
    • 1 895

Bu il Azərbaycanda yeni “ASAN xidmət” mərkəzləri açılacaq - SİYAHI

2020-ci il ərzində Kürdəmir, Ağcabədi, Tovuz, Balakən və Bakı şəhərində "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulur.

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri (“ASAN xidmət”) Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, Sumqayıt və Gəncədə də yeni “ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanılacaq: “Eyni zamanda Salyan və Lənkəranda da "ASAN Xidmət" mərkəzlərinin tikintisi planlaşdırılır”.