Qarabağda 14 mina aşkarlandı
    • 27-02-2023, 10:50
    • 260

Qarabağda 14 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 14 mina aşkarlanıb.

ANAMA-dan News24.az-a verilən məlumata görə, fevralın 20-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 0, tank əleyhinə 14 mina və 443 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 384 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.