"Neftçi" "Qarabağ"la oyuna itki ilə çıxacaq
    • 27-02-2023, 12:45
    • 321

"Neftçi" "Qarabağ"la oyuna itki ilə çıxacaq

“Neftçi” Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ”la keçiriləcək oyuna itki ilə çıxacaq.

News24.az- ın məlumatına görə, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.

O bildirib ki, zədədən sonra fərdi məşqlərlə kifayətlənən yarımmüdafiəçi Rəhman Hacıyev Ağdam klubu ilə bugünkü səfər matçında iştirak edə bilməyəcək.

Sağ baldır əzələsindəki dartılmaya görə bir müddətdir yaşıl meydanlardan uzaq qalan futbolçunun gələn həftə kollektivlə məşqlərə qoşulması planlaşdırılır.

Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək “Qarabağ” - “Neftçi” oyunu saat 20:00-da başlayacaq.