-
- 27-02-2023, 13:50
- 337
Bakıda kilosu 3-4 manata kolbasa satılır - Onlar nədən hazırlanır?
"Təmiz ətdən kolbasa, sosiska hazırlayan istehsalçılarla bərabər tam saxta, murdar olmuş heyvan ətlərindən, eşşək, at, ölmüş heyvan ətlərindən kolbasa hazırlayanar da var”.
News24.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov metro çıxışlarında kilosu 2-3 manata satılan kolbasaların tərkibinə aydınlıq gətirərkən deyib. Sədr bildirib ki, bu gün ölkədə mal ətinin kilosu 14 manata olduğu halda kolbasaların bir kilosunun qiyməti 2-3 manata olmasl hamını narahat etməlidir:
"Bununla bağlı hər gün bizə müraciətlər olunur. Bu kolbasalar etiketləşməmiş halda metro çıxışlarında cəlbedici rəngdə diqqət çəkir. Adını da qoyublar bişmiş ətdən hazırlanıb. Belə vəziyyət insanları narahat edir. Əhali bilməlidir ki, Azərbaycanda kilosu 4 manata satılan ət var. Bu qocalmış heyvan ətləridir. Təmiz, halal kəsimlə olan qocalmış heyvan ətləri satışa çıxarılmır. Belə heyvanların ətləri ancaq kolbasa sexlərinə verilir. Bundan əlavə Azərbaycana həm də Hindistandan ət gətirilir. Hindistanda inək əti yeyilmir, məlumdur oradan ət Azərbaycana kolbasa, sosiska sexlərinə ixrac olunur. Sexlər əksər hallarda bu ətlərlə işləyir”.
Eyyub Hüseynov deyib ki, bəzi kolbasaların tərkibində ətdən başqa hər şey var:
"Kolbasanın tərkibinə dad və rəngverici məhsullar vurulur ki, uzun müddət qalsın. İsehlakçılar isə onun dadına aldanıb və alırlar. Heç də baha qiymətə olan kolbasa yaxşı ətdən hazırlanıb demək də doğru deyil. Xüsusən Rusiya, Ukrayna və xarici ölkələrdən gətirilən kolbasalar yerli kolbasalardan keyfiyyətcə çox-çox geri qalırlar. Onların tərkibində ətin miqdarı azdır. Marketlərdə 70% xaricdən gələn ət məhsullarına, kolbasa, sosiskalara yer verilir, 30 % isə yerli məhsula. Yerli məhsulun təbliğatı çox zəif aparılır. Əhali uzaq ölkələrdən gələn, həddən artıq baha qiymətə satılan kolbasalar üstünlük verir. Bütün halllarda yerli kolbasalar üstündür".
Eyyub Hüseynov bildirib ki, bu gün həmin ətlərə tələb var:
"Tələb hardadır? Dönərxanalarda, kolbasa sexlərində və s. Dəfələrlə DİN ölmüş heyvan ətlərini satanları ifşa edib. Onlara qarşı cinayət işi qaldırıb, həbslər olub, lakin yenə son yoxdur. Burada Qida Təhlükəsizlik Agentliyinin səmərəsiz fəaliyyəti önə gəlir. Agentlik həmin kolbasaların satış yerlərini tapmalıdırlar. Lakin bunu etmirlər, bu da istehlakçıları narahat edir. Mən AQTA-da ictimai şuranın üzvü olsam da, bildirirəm ki, onlar mətbuatda gedən məlumatları ardıcıl izləməlidir. Təəssüflər olsun ki, bu yoxdur, mətbuatın zülmlə əldə etdiyi materiallar dövlət orqanları tərəfindən dəstəklənmir. Bu AQTA-ın ən böyük nöqsanlarından biridir”.
Sədr bu kolbasaların insan orqanizmi üçün zərərli olduğunu da vurğulayıb:
"Ətdən başqa hər şeydən hazırlanan bu kolbasalardan uzaq olun. Biz daima buna qarşı mübarizə aparacağıq. Ciddi problemlərdən biri ölkədə istehlakçı siyasətinin bərbad vəziyyətdə olmasıdır. İstehlaçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul edilib. Ondan sonra 6 dəfə qanuna dəyişiklik edilib, hamısı istehlakçının zərərinə”.