TƏBİB intihara cəhd edən jurnalistin səhhəti ilə bağlı məlumat yaydı
    • 27-02-2023, 16:04
    • 250

TƏBİB intihara cəhd edən jurnalistin səhhəti ilə bağlı məlumat yaydı

TƏBİB jurnalist Aygün Əliyevanın səhhəti ilə bağlı məlumat yayıb.

Qurumdan News24.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Aygün Əliyeva bu gün saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

İlkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Aygün Əliyevanın intihar məqsədilə xeyli həb qəbul etdiyi barədə məlumatlar yayılıb.