TƏBİB: Bakıda baş verən yanğında 21 nəfərə yardım edilib
    • 1-10-2022, 20:25
    • 423

TƏBİB: Bakıda baş verən yanğında 21 nəfərə yardım edilib

Xətai rayonunda baş verən yanğınla əlaqədar hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.

News24.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Hadisə nəticəsində 21 (10-u kişi, 11-i qadın, 2-si uşaq olmaqla) nəfərdən 19-na yerində yardım edilib.

İki nəfər isə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib.

Onların müalicəsi davam edir.