Azərbaycanda 800-dən çox məktəb qəzalı vəziyyətdədir
    • 27-02-2023, 16:25
    • 163

Azərbaycanda 800-dən çox məktəb qəzalı vəziyyətdədir

“Azərbaycanda hər 4 məktəbdən biri təmirlidir. Bu da müsbət haldır”.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu gün ölkədə təxminən 800-dən çox məktəb qəzalı vəziyyətdədir: "Bu qədər məktəbi birdən-birə təmir edə bilmərik. Təmir və ya məktəb inşası mərhələli şəkildə aparılır. İlk olaraq ən böyük və daha pis vəziyyətdə olan məktəblərin bərpası plana salınır".