-
- 17-09-2019, 16:37
- 930
"Məktəblərin təmir və tikintisi mərhələsi başa çatır"- PARLAMENTİN KOMİTƏ SƏDRİ
“Azərbaycanda 2500-ə yaxın məktəb tikilib, əsaslı təmir olunub. Hazırda Azərbaycanda 3 200 məktəb fəaliyyət göstərir. Hər il 250-dən çox məktəb ya tikilir, ya da əsaslı şəkildə təmir edilir”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycanda məktəb tikinitisinin və ya təmirinin birinci mərhələsinin başa çatmasına 2-3 il vaxt qalıb: “Bununla da biz 3 200 məktəbin hamısında ilkin pillənin dərəcələrini yerinə yetirrmiş olacağıq. Bu, böyük nailiyyətdir. Ölkədə 500-600 məktəb qalıb ki, onların da təmiri növbəti illərdə başa çatdırılacaq”. /report/