-
- 30-01-2019, 14:49
- 895
Ronaldu burnunu sındırdığı azarkeşə öz idman köynəyini bağışlayıb - FOTO
İtaliyanın “Yuventus” futbol komandasının hücumçusu Kriştianu Ronaldu azarkeş Yelena Di Martino ilə görüşüb.
Xatırladaq ki, “Kyevo” komandası ilə oyundan əvvəl portuqaliyalı matçqabağı hərəkətlər zamanı bilməyərəkdən qızın burnunu sındırıb. Di Martino dərhal xəstəxanaya aparılıb, orada ona yardım göstərilib.
Sonradan Di Martino özünün “Facebook” səhifəsində belə bir məlumat yerləşdirib: “Kriştianu Ronaldudan üzə zərbə almaq – bu, hər gün baş verən hadisə deyil. Buna baxmayaraq, mən görüşün tarixini gözləyirəm. O, məni dəvət etməlidir”, - deyə zərərçəkən zarafat edib.
Bu, portuqaliyalının diqqətindən kənarda qalmayıb. K.Ronaldu Di Martinonu “Qoca sinyora”nın bazasına dəvət edərək onunla görüşüb və “Qucaqlayıram” imzası ilə ona idman köynəyini bağışlayıb. Görüşdən xatirə olaraq birgə fotoşəkil də çəkdirilib.
//AZƏRTAC