Bu gün saxlanılan rusiyalı senatorun atası da həbs olunub
    • 30-01-2019, 15:07
    • 652

Bu gün saxlanılan rusiyalı senatorun atası da həbs olunub

Qətl törətməkdə günahlandırılan rusiyalı senator Rauf Araşukovun atası Raul Araşukov da cinayət işinin istintaqı çərçivəsində Sankt-Peterburqda saxlanılıb.

Bu barədə "İnterfaks" məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Raul Araşukov "Qazprom"un ofislərindən birində saxlanılıb.
Rauf Araşukov isə ömürlük həbs cəzası ilə üzləşə bilər. Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci bəndi belə cəzanı nəzərdə tutur.
Daha əvvəl rusiyalı senator Rauf Araşukovun bu gün Federasiya Şurasının iclas salonunda saxlanıldığı bildirilib. 

//Report