Stadionu duman alanda… - Azərbaycan derbisindən FOTOLAR
    • 28-02-2023, 10:50
    • 165

Stadionu duman alanda… - Azərbaycan derbisindən FOTOLAR

Ötən gün Azərbaycan Premyer Liqasının 24-cü turuna yekun vurulub.

News24.az xəbər verir ki,  sonuncu görüşdə "Qarabağ" "Neftçi"ni qəbul edib.

Dumanlı hava şəraitində baş tutan qarşılaşmada hesabı “Neftçi”nin oyunçusu Kilan Lebon açıb. 

Daha sonra isə qonaq komandanın oyunçusu Höccət Haqverdi 83-cü dəqiqədə avtoqol edib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Fotolar: Teymur MAMMADOV