"Qalatasaray" "Neftçi" ilə oyunda hesabı artırdı - YENİLƏNDİ
    • 17-09-2020, 21:21
    • 868

"Qalatasaray" "Neftçi" ilə oyunda hesabı artırdı - YENİLƏNDİ

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda dördüncü qol vurulub.

News24.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi fərqi artırıb - 3:1. 

63-cü dəqiqədə Mbaye Diaqne görüşdə özünün ikinci qoluna imza atıb.
 
21:05
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda üçüncü qol vurulub.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi yenidən önə keçib. 

48-ci dəqiqədə Kristian Luyindama topu qapıdan keçirib.
 
21:03
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda ikinci qol vurulub.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada "Neftçi" hesabı bərabərləşdirib - 1:1.

46-cı dəqiqədə Mamadu Mboc fərqlənib.

21:00
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda ikinci hissə başlayıb.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi öndədir - 1:0.

Hələ ki, yeganə qolu 19-cu dəqiqədə Mbaye Diaqne vurub.

20:45
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda birinci hissə başa çatıb.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada fasiləyə İstanbul təmsilçisi öndə yollanıb - 1:0. Mbaye Diaqne 19-cu dəqiqədə başla dəqiq oynayıb.

20:20
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda hesab açılıb.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada ilk qolu 19-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Mbaye Diaqne başla topu qapıdan keçirib.

20:00
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyunu start götürüb.

Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda Şimali Makedoniya "Renova"sını 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək.  /Report.az/