Nigara hücum edən şəxs həbs edildi
    • 28-02-2023, 11:28
    • 240

Nigara hücum edən şəxs həbs edildi

Nəsimi rayonu ərazisində müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs saxlanılmışdı.

News24.az xəbər verir ki, artıq sözügedən şəxslə bağlı qərar verilib. Ötən gün Nəsimi Rayonu 22-ci Polis Bölməsinə çağırılan Nigar Camalın izahatı və şikayət ərizəsi alınıb.

Daha sonra sürücü barədə Bakı şəhər Nəsimi rayon məhkəməsində qərar oxunub. Təqsirləndirilən şəxs 15 gün inzibati qaydad həbs olunub.
Qeyd edək ki, KİA markalı 99-RJ-449 dövlət nömrə nişanlı avtomobil sənətçinin idarə etdiyi BMW markalı avtomobilin yolunu kəsib.
KİA-nın sürücüsü avtomobilindən düşərək müğənninin üstünə gəlib. Sənətçi avtomobilinin şüşəsini endirməsə də, aqressiv sürücü zərbə ilə müğənninin avtomobilinin sol güzgüsünə yumruqla zərbə endirib.//olay.az