29 nəfərin yaralanmasında günahkar olan sürücülər həbs olundu
    • 30-04-2019, 18:55
    • 891

29 nəfərin yaralanmasında günahkar olan sürücülər həbs olundu

Bakıda marşrut avtobusunun "Man" markalı yük avtomobili ilə toqquşması ilə bağlı şübhəli şəxs qismində saxlanılan hər iki sürücü həbs olunub. Bu haqda Bakı Şəhər Prokurorluğundan məlumat verilib. 

News24.az “Trend”ə istinadla xəbər verir ki, aprelin 27-də Xəzər rayonu ərazisində “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobili ilə 171 saylı xətt marşrutu üzrə hərəkət edən “Daevoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu toqquşmasında şübhəli bilinən sürücülər - 1988-ci il təvəllüdlü Rauf Dadaşov və 1969-cu il təvəllüdlü Hüseyn Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub.

Xəzər rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qəti-imkan tədbiri seçilib.

Xatırladaq ki, aprelin 27-də Bakının Xəzər rayonu ərazisində Mərdəkan-Bakı avtomobil yolunda “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobili həmin istiqamətdə hərəkət edən “Daevoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində avtobusda olan 29 nəfər şəxs xəsarətlə xəstəxanaya gətirilib, onlardan 22-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, digərlərinin isə müalicələri davam etdirilir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.