Bakıda “Azəriqaz”ın əməkdaşını döyüb çənəsini sındırdılar
    • 28-02-2023, 14:59
    • 209

Bakıda “Azəriqaz”ın əməkdaşını döyüb çənəsini sındırdılar

Bakıda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşını vuraraq çənə sümüyünü sındıran şəxs həbs edilib.
 
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Xəzər rayon Qaz idarəsinin Binə qəsəbəsi üzrə nəzarətçisi vəzifəsində çalışan Daşqın Əliyarov R.Əşrəfov küçəsində mühəndislərlə birgə qaz xətlərinə və sayğaclarına baxış keçirən zaman abonent Məcid Dadaşov ona hücum edib.

Belə ki, Məcidin evinin qarşısından keçən küçə xəttinə qanunsuz olaraq sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilib. M.Əliyarov akta əlavə olunması üçün mobil telefonla qanunsuz birləşməni çəkərkən Məcid küçəyə çıxıb.

O, “Azəriqaz” əməkdaşına hansı haqla onun həyətini çəkdiyini bildirib. Məmur isə həyəti və evi deyil, qanunsuz çəkilmiş borunu çəkdiyini qeyd edib.

Lakin aqressivləşən Məcid Əliyarov mübahisə edərək qardaşı Tərlanı çağırıb. Məcid qardaşı gəldikdən sonra daha da aqressivləşərək yumruqla onun sifətinə zərbələr endirib. Bundan sonra “Azəriqaz” işçiləri həmin yerdən uzaqlaşıblar. Daşqın həkimə müraciət edib və onun sənə sümüyünün sınması məlum olub. O, çnəsindən əməliyyat olunub. Həmçinin hadisə barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edib. Bundan sonra 33 yaşlı Məcid barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş açılıb və o, həbs edilib. Xəzər Rayon Məhkəməsinin hökmü ilə ona 10 ay müddətinə həbs cəzası təyin edilib. 

Taleh BAĞIROV