Mədəniyyət Nazirliyində işdən azad olunan şəxs Abdulla Şaiqin nəticəsi imiş
    • 28-02-2023, 16:19
    • 476

Mədəniyyət Nazirliyində işdən azad olunan şəxs Abdulla Şaiqin nəticəsi imiş

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova işdən azad edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, işdən azad olunan Fərəh Acalova Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, məşhur şairimiz Abdulla Şaiqin nəticəsidir. 

Fərəh Acalovanın anası Ülkər Talıbzadə isə ədibin nəvəsidir. O, Abdulla Şaiqin Mənzil Muzeyinin direktorudur. 


Məlumat üçün qeyd edək ki, Fərəh Acalova Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Novruzun həyat yoldaşıdır.