Mingəçevir Dövlət Dram Teatrında yeni təyinat
    • 28-01-2022, 12:16
    • 1 198

Mingəçevir Dövlət Dram Teatrında yeni təyinat

Mədəniyyət nazirinin əmri ilə Vüsal Mehrəliyev Mingəçevir Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub.

Nazirlikdən News24.az-a verilən məlumata görə, bununla bağlı nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəf Acalova, teatr sektorunun müdiri Könül Əlizadə teatrın kollektivi ilə görüşərək, Vüsal Mehrəliyevi yaradıcı heyətə təqdim ediblər.

Görüş zamanı çıxış edən F.Acalova Mədəniyyət Nazirliyinin bölgədə yerləşən teatrların hərtərəfli inkişafına diqqət yetirdiyi ilə yanaşı, onların peşəkar kadrlarla təmin olunmasına da böyük önəm verdiyini vurğuladı. Baş rejissor təyin edilən Vüsal Mehrəliyev də, öz növbəsində, ona göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edərək, teatra yeni nəfəs vermək üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etdi.