-
- 1-03-2023, 10:49
- 206
"Azərbaycanın sülh və quruculuq səyləri Ermənistanın davamlı təxribatları ilə üzləşir"
Azərbaycanın sülh və quruculuq səyləri Ermənistan tərəfinin davamlı siyasi-hərbi təxribatları ilə üzləşir.
News24.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk ilə görüşündə deyib.
Bu xüsusda, Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına kölgə salmaq məqsədilə Ermənistan tərəfindən guya Azərbaycanın erməni sakinlərini “blokadaya” alması, bölgədə "humanitar böhran" vəziyyətinin yarandığına dair həqiqəti əks etdirməyən mövqeyin sərgilənməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablandığı bildirilib. Azərbaycan Respublikasının bütün vətəndaşları kimi, bölgədə yaşayan erməni sakinlərin də təhlükəsizliyini təmin etməyə hazır olduğu vurğulanıb.