-
- 29-10-2022, 22:21
- 316
Xələf Xələfov Paşinyanın bugünkü çıxışına münasibət bildirib
“Ermənistan Baş nazirindən dalbadal açıqlamalar gəlir”.
Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, Azərbaycanın mövqeyi bəllidir:
“Biz sülh gündəliyinə sadiqik və sülhün bərqərar olmasını istəyirik. Ermənistanla sülh müqaviləsinin imzalanmasında israrlıyıq. Kommunikasiyaların açılmasında israrlıyıq. Ermənistanın üzərinə düşən öhdəliklərini yerinə yetirməsində israrlıyıq. Təbii ki, bütün bunlar çərçivəsində sülh yarana bilər”.
Xələf Xələfov inandığını bildirib ki, Azərbaycanın bundan sonrakı səyləri nəticəsində və beynəlxalq birliyin məsələyə daha ədalətli yanaşması ilə bölgədə sülh yaranacaq./APA/