-
- 1-03-2023, 11:12
- 231
Qobustanda azyaşlının qulağından sırğanı oğurladı
Qobustanda azyaşlı qızın qulağından sırğanı oğurlayan qadın tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az -a verilən xəbərə görə, fevralın 14-də Qobustan qəsəbəsində yaşayan bir qadının evində aldadılaraq pulunun və geyim əşyalarının alınması, habelə qohumu olan azyaşlı qızın qızıl sırğalarının soyğunçuluq yolu ilə talanması barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Gülnarə Vəliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.