Şakira Pikenin yeni sevgilisi haqda:
    • 1-03-2023, 11:29
    • 242

Şakira Pikenin yeni sevgilisi haqda: "Həmin qadınlar üçün cəhənnəmdə ayrıca qazan var"

""Qadının tam olması üçün kişiyə ehtiyacı var" düşüncəsinə aldandım. Uşaqların anası və atasının eyni dam altında yaşadığı bir ailə xəyalım da var idi”.

News24.az
xəbər verir ki, bu sözləri məşhur müğənni Şakira xəyanətə görə ayrıldığı sevgilisi Jerar Pike haqda danışarkən deyib. 

O qeyd edib ki, əvvəllər emosional olaraq kişilərdən asılı olsa da, indi özünə güvənir: "Hazırda özümü tam hiss edirəm, çünki indi heç kimdən yox, özümdən asılıyam". 

"Xəyal etdiyin hər şeyə nail ola bilməzsən, amma həyat bunun əvəzində sənə alternativlər təklif edir. Hər gün məni sevgi ilə dolduran iki gözəl övladım var" - deyə Şakira bildirib. 

Şakira Pikenin yeni sevgilisindən də bəhs edib. Onun sözlərinə görə, başqa qadınlara dəstək verməyən həmin qadınlar üçün cəhənnəmdə ayrıca qazan var. /Spletnik.ru/

Teymur MƏMMƏDOV