Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
    • 1-03-2023, 21:54
    • 219

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən gənc oğlanı avtomobil vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.